Türkiyədə sərnişin avtobusu aşıb, 1 nəfər ölüb, 20-si yaralanıb

Türkiyədə sərnişin avtobusu aşıb, 1 nəfər ölüb, 20-si yaralanıb Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib
Region
8 Aprel , 2018 12:10
Türkiyədə sərnişin avtobusu aşıb, 1 nəfər ölüb, 20-si yaralanıb

Bakı. 8 aprel. REPORT.AZ/ Türkiyənin Afyon-Karahisar və Antalya şəhərlərini birləşdirən yolun 35-ci kilometrliyində sərnişin avtobusu aşıb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, daha 20-si yaralanıb.

Hadisə yerinə asayiş keşikçiləri, xilasedicilər və tibb işçiləri cəlb olunub.

İlkin məlumata görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Son xəbərlər

Orphus sistemi