Bakı. 24 Avqust. REPORT.AZ/ Bu gün Türkiyənin şimal-şərq əyalətləri Rizə və Artvində sel basması nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb.
"Report" xəbər verir ki, Türkiyənin Fövqəladə Hallar İdarəsi təbii fəlakətdən zərər çəkmiş bölgələrə axtarış-xilasetmə dəstələri göndərib.
Hazırda iki nəfər itkin düşmüş hesab olunur.
Rizə və Artvinin bəzi qəzalarında yaşayış binaları dağılıb və ya zərər çəkib, avtomobil yollarının asfalt üzlüyü yuyulub, elektrik təchizatı və telefon rabitəsi kəsilib. Rizədə yerli su elektrik stansiyası sıradan çıxıb.