Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyədə iyulun 15-də baş verən hərbi çevriliş cəhdindən sonra ümumilikdə 6 319 hərbçi, 1 481 hakim və prokuror və 650 mülki şəxs saxlanılıb, 990 nəfər isə tutulub.
"Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, çevriliş cəhdi nəticəsində ümumilikdə 240 nəfər şəhid olub, 1 535 nəfər isə yaralanıb.