Türkiyədə səfir Andrey Karlovun qətli işi üzrə istintaq başa çatıb

Türkiyədə səfir Andrey Karlovun qətli işi üzrə istintaq başa çatıb Bakı. 16 noyabr. REPORT.AZ/ Türkiyədə Rusiyanın bu ölkədəki sabiq səfiri Andrey Karlovun qətli işi üzrə istintaq başa çatıb.
Region
16 Noyabr , 2018 01:06
Türkiyədə səfir Andrey Karlovun qətli işi üzrə istintaq başa çatıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Türkiyədə Rusiyanın bu ölkədəki sabiq səfiri Andrey Karlovun qətli işi üzrə istintaq başa çatıb.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, ittiham aktı prokurorluğa təqdim ediləcək. Akt təsdiqlənəcəyi halda məhkəməyə göndəriləcək.

A.Karlov 2016-cı ilin 19 dekabrında Ankarada keçirilən foto sərgisi zamanı güllələnərək qətlə yetirilib. Qətl polis əməkdaşı Mövlut Altıntaş tərəfindən həyata keçirilib. O, təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Cinayət işi ilə bağlı 8 nəfər həbs edilib. Onlardan 4-ü keçmiş polis əməkdaşıdır.

A.Karlov Rusiyanın Qəhrəmanı fəxri adı ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi