​Türkiyədə seçki qanunvericiliyini pozan HDP üzvləri tutulub

​Türkiyədə seçki qanunvericiliyini pozan HDP üzvləri tutulub Onlar seçki qanunvericiliyini pozmaqda və məsul şəxslərə müqavimət göstərməkdə ittiham olunurlar
Region
1 Noyabr , 2015 15:05
​Türkiyədə seçki qanunvericiliyini pozan HDP üzvləri tutulub

Bakı. 1 noyabr. REPORT.AZ/ Türkiyənin Kırkkale əyalətində Xalqların Demokratik Partiyasının (HDP) yerli şöbəsinin sədri Feyaz Şahin və yerli Kırkkale Universitetinin Tələbə Mədəniyyət Dərnəyi İdarə Heyətinin üzvü Adnan Kurt tutulub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlar seçki qanunvericiliyini pozmaqda və məsul şəxslərə müqavimət göstərməkdə ittiham olunurlar.

Məlumatda bildirilib ki, Feyaz Şahin və Adnan Kurt seçki məntəqəsinə gələrək, müşahidəçi kartlarını göstərməkdən imtina edib və komissya üzvlərinə müqavimət göstəriblər. F.Şahin məmurları hədələyib.

Son xəbərlər

Orphus sistemi