​Türkiyədə seçki öncəsi sonuncu rəy sorğusunun nəticələri açıqlanıb

​Türkiyədə seçki öncəsi sonuncu rəy sorğusunun nəticələri açıqlanıb Respondentlərin 47,2 faizi hakim Ədalət və İnkişaf Partiyasına (AKP) səs verəcəyini bildirib
Region
30 Oktyabr , 2015 18:04
​Türkiyədə seçki öncəsi sonuncu rəy sorğusunun nəticələri açıqlanıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisinə (TBMM) keçiriləcək seçki öncəsi sonuncu rəy sorğularının nəticələri açıqlanıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, sorğuda iştirak edən respondentlərin 47,2 faizi hakim Ədalət və İnkişaf Partiyasına (AKP) səs verəcəyini bildirib.

Respondentlərin 25,3 faizi Cümhuriyyət Xalq Partiyasına (CHP), 13,5 faizi Milliyyətçi Hərəkat Partiyasına (MHP), 12,2 faizi Xalqların Demokratik Partiyasına (HDP), 1,8 fazi başqa partiyalara səs verəcəklərini bildiriblər.

Rəy sorğusunu "Gur’s A&G Research" adlı yerli sosioloji araşdırma mərkəzi keçirib. Sorğu 4 536 respondent arasında oktyabrın 24-25-də keçirilib.

Qeyd edək ki, iyunun 7-də TBMM-ə keçirilən seçkidə AKP 40,87 faiz, CHP 24,95 faiz, MHP 16,29 faiz, HDP 13,1 faiz səs toplamışdı.

Son xəbərlər

Orphus sistemi