​Türkiyədə seçicilər kəndə yol çəkilmədiyi üçün səsverməyə getməyib

​Türkiyədə seçicilər kəndə yol çəkilmədiyi üçün səsverməyə getməyib Ediz kəndi rayon mərkəzindən 8 km aralı yerləşir
Region
1 Noyabr , 2015 15:38
​Türkiyədə seçicilər kəndə yol çəkilmədiyi üçün səsverməyə getməyib

Bakı. 1 noyabr. REPORT.AZ/ Türkiyənin Şanlıurfa əyalətinin Siverek rayonunun Ediz kəndinin sakinləri səsvermədən imtina ediblər.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, rayon mərkəzindən 8 km aralı yerləşən Edizin sakinləri kəndə yol salınmamasına etiraz olaraq, səsvermədə iştirak etməyiblər.

Kənddə 142 seçici var. İzzət Polatoğlu adlı kənd sakini bildirib ki, Ediz Şanlıurfa-Siverek avtomobil yolundan 800 metr aralı yerləşir: "İllər uzunudur bütün qurumlara müraciət etmişik. Ancaq yolumuzu çəkmirlər. Buna etiraz olaraq, sakinlər səsverməyə getmir".

Son xəbərlər

Orphus sistemi