Türkiyədə Sarıkavak kəndində seçicilər açıq havada səs verib

Türkiyədə Sarıkavak kəndində seçicilər açıq havada səs verib Kəndin icra nümayəndəsi: "Səsvermədən sonra bülletenləri traktorların işğında sayırıq"
Region
1 Noyabr , 2015 14:24
Türkiyədə Sarıkavak kəndində seçicilər açıq havada səs verib

Bakı. 1 noyabr. REPORT.AZ/ Türkiyənin Eskişəhər əyalətinin Alpu rayonunun Sarıkavak kəndində seçicilər küçədə səs veriblər.

"Report" Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Sarıkavak kəndində 45 ev və 101 seçici var.

Kəndin icra nümayəndəsi Haydar Nadi Gölbek deyib ki, başqa şərait olmadığına görə seçki qutularını küçədə qoyub səsvermə keçirirlər: "Kəndimizdə səsvermə küçədə həyata keçirilir. Səsvermədən sonra bülletenləri traktorların işğında sayırıq. Kəndimizdə muxtarlıq binası olmadığından bunu edirik. Şərtlər ağır olsa da, səsimizi veririk".

Son xəbərlər

Orphus sistemi