Türkiyədə şagirdləri aparan mikroavtobus aşıb, 1 nəfər ölüb, 18 nəfər yaralanıb

Türkiyədə şagirdləri aparan mikroavtobus aşıb, 1 nəfər ölüb, 18 nəfər yaralanıb Bakı. 22 sentyabr. REPORT.AZ/ Türkiyənin Kocaeli əyalətinin Körfəz rayonunda orta məktəb və lisey şagirdlərini aparan mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 18 nəfər yaralanıb.
Region
22 Sentyabr , 2018 10:08
Türkiyədə şagirdləri aparan mikroavtobus aşıb, 1 nəfər ölüb, 18 nəfər yaralanıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Türkiyənin Kocaeli əyalətinin Körfəz rayonunda orta məktəb və lisey şagirdlərini aparan mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 18 nəfər yaralanıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Anadolu avtomobil yolunun Şirinyalı hissəsində sürücünün idarəetməni itirməsi səbəbindən maşın aşıb.

Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım heyəti cəlb edilib.

Şagirdlər İstanbulda keçirilən TEKNOFEST-də (Texnoloji festival) iştirak etmək üçün Aksaraydan yola çıxıblarmış. Tədbir sentyabrn 20-də başlayıb, 23-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi