Yuxarı

Türkiyədə şagirdləri cinsi istismara məruz qoyan müəllimə 297 il iş kəsilib

O, barəsində irəli sürülən ittihamları rədd edib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Türkiyənin Ərzurum əyalətinin Yakutiye rayonunda 11 şagirdi cinsi istismara məruz qoyan müəllim 297 il azadlıqdan məhrum edilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, zərər çəkmiş uşaqların ailə üzvləri də məhkəmə prosesinə qatılıblar.

Məlumata görə, A.K. adlı şübhəli əvvəllər dediklərini təkrarlayaraq barəsində irəli sürülən ittihamları rədd edib.

Məhəkəmənin qərarına əsasən, zərər çəkmiş hər şagirdə görə A.K.-yə 27 il iş kəsilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi