Yuxarı

​Türkiyədə Rusiya təyyarəsini vuran pilotlar saxlanılıb

Bu barədə Türkiyənin yüksək vəzifəli məmurlarından biri məlumat verib

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyədə 2015-ci ilin noyabrında Rusiyaya məxsus "Su-24" bombardımançı təyyarəsini vuran iki pilot saxlanılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin yüksək vəzifəli məmurlarından biri məlumat verib.

"Suriya sərhədi yaxınlığında Rusiyanın "Su-24" təyyarəsini vuran iki türk pilotu saxlanılıb", - deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi