Türkiyədə Rusiya səfirinə atəş açan şəxsin kimliyi məlum olub

Türkiyədə Rusiya səfirinə atəş açan şəxsin kimliyi məlum olub Bu, 2 il yarımdır polis vəzifəsində işləyən Mövlud Mərd Altıntaşdır.
Region
19 Dekabr , 2016 23:22
Türkiyədə Rusiya səfirinə atəş açan şəxsin kimliyi məlum olub

Bakı. 19 dekabr. REPORT.AZ/ Türkiyənin daxili işlər naziri Süleyman Soylu Rusiyanın Ankaradakı səfiri Andrey Karlova atəş açan şəxsin kimliyini açıqlayıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, o, jurnalistlərə müsahibəsində sözügedən şəxsin 22 yaşlı Aydın şəhər sakini, xüsusi təyinatlı dəstənin əməkdaşı Mövlud Mərd Altınbaş olduğunu bildirib.

"Altınbaş 24 iyun 1994-cü ildə doğulub. Söke qəsəbəsində liseyi bitirib. Ardınca İzmirdəki Rüşdü Ünsal adına polis məktəbində təhsil alıb. Son 2 il yarımı Ankara Çevik Şöbə Qərargahında xidmət edib", - deyə nazir söyləyib.

Nazirin sözlərinə görə, Rusiya səfiri Andrey Karlov yerli vaxtla təqribən 19.05-də Çankaya bələdiyyəsinin Müasir İncəsənət Mərkəzində fotosərgidə çıxışı zamanı silahlı hücuma məruz qalıb.

Son xəbərlər

Orphus sistemi