Yuxarı

Türkiyədə rus turistləri daşıyan avtobus qəzaya uğrayıb, 22 nəfər xəsarət alıb

​Türkiyədə rus turistləri daşıyan avtobus qəzaya uğrayıb

Türkiyədə rus turistləri daşıyan avtobus qəzaya uğrayıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Antalyada qeydə alınıb.

Hava limanı yolunda baş vermiş hadisə nəticəsində 22 nəfər xəsarət alıb. Onlardan 15-i xəstəxanaya yerləşdirilib. Yaralılar arasında yetkinlik yaşına çatmayan 2 nəfər də var.

Qeyd edilir ki, qəzada xəsarət almış 7 nəfər tibbi yardımdan imtina edib və onlar artıq Rusiyaya yola düşüblər.

Hadisənin başvermə səbəbi polis tərəfindən araşdırılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi