Sorğu: “Türkiyədə respondentlərin 52 faizi yeni konstitusiyaya səs verəcək”

Sorğu: “Türkiyədə respondentlərin 52 faizi yeni konstitusiyaya səs verəcək” Sorğu 5 400 nəfərin iştirakı ilə ölkənin 30 böyük şəhərində, 23 əyalətin 154 rayonunda keçirilib
Region
3 Fevral , 2017 14:39
Sorğu: “Türkiyədə respondentlərin 52 faizi yeni konstitusiyaya səs verəcək”

Bakı. 3 fevral. REPORT.AZ/ Türkiyədə rəyi soruşulanların 52 faizi referendumda yeni konstitusiyanın lehinə səs verəcəyini bildirib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu, MAK Konsaltink Şirkətinin “2017-ci il Türkiyə gündəliyi: Konstitusiyaya dəyişiklik və prezident idarəçiliyi sisteminin araşdırılması” mövzusunda keçirdiyi rəy sorğusunun nəticələrində göstərilib.

Məlumata görə, rəy sorğusu yanvarın 26-dan fevralın 1-dək 5 400 nəfərin iştirakı ilə ölkənin 30 böyük şəhərində, 23 əyalətin 154 rayonunda keçirilib.

“Sabah seçki olsa səsiniz hansı partiyaya verərdiniz” sualına rəyi soruşulanların 51,66 faizi indiki hakim Ədalət və İnkişaf Partiyasına, 25,5 faizi Cümhuriyyət Xalq Partiyasına, 12,77 faizi Milliyyətçi Hərəkat Partiyasına, 7,77 faizi isə Xalqların Demokrat Partiyasına səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, bu il aprelin əvvəlində Türkiyənin mövcud konstitusiyasına əlavə, dəyişiklik və düzəlişlərin edilməsi ilə bağlı referendum keçirilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi