Yuxarı
    Bağlamaq

    Türkiyədə referendumun keçirilməsinə ayırılan maliyyə vəsaitinin məbləği açıqlanıb

    Bu il aprelin əvvəlində Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsi nəzərdə tutulub

    Bakı. 3 fevral. REPORT.AZ/ Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsinə 190 milyon lirə (təxminən 97 milyon 90 min manat, yaxud 50 milyon 804 min dollar) məbləğində maliyyə vəsaiti xərclənəcək.

    “Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyənin maliyyə naziri Naci Ağbal bildirib.

    Onun sözlərinə görə, dövlət büdcəsindən seçkilər üçün xərclərdən 190 milyon lirə ayrılıb.

    Qeyd edək ki, bu il aprelin əvvəlində Türkiyə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsi nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi