Yuxarı
    Bağlamaq

    Türkiyədə referendumun keçiriləcəyi tarix açıqlanıb

    Ölkə prezidenti konstitusiyaya əlavə və dəyişikliklə bağlı layihəni imzalayıb

    Bakı. 10 fevral. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə konstitusiyasına əlavə və dəyişikliklə bağlı qanun layihəsini imzalayıb.

    “Report” "Haber7"yə istinadən xəbər verir ki, bu isə Türkiyədə refendumun aprelin 16-da keçirilməsi deməkdir.

    Qeyd edək ki, Türkiyə qanunlarına əsasən, Prezident Rəcəb Tayyib Ərdoğan qanun layihəsini imzalayandan 60 gün sonra səsvermə keçirilməlidir. Sənəd imzalanmaq üçün fevralın 2-də prezidentə təqdim edilib. Dövlət başçısı 15 gün ərzində layihəni təsdiqləyə, yaxud təkrar müzakirə üçün onu parlamentə qaytara bilərdi.

    Ötən gün isə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Türkiyə Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun bu il aprelin 16-da keçiriləcəyi ehtimalını irəli sürmüşdü. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi