Türkiyədə Qurban bayramı tətili on gün olacaq

Türkiyədə Qurban bayramı tətili on gün olacaq Baş nazir: “Avqustun 15-də hökumətin iclasında bu barədə qərar qəbul ediləcək”
Region
11 Avqust , 2017 16:24
Türkiyədə Qurban bayramı tətili on gün olacaq

Bakı. 11 avqust. REPORT.AZ/ "Qurban bayramı tətilinin on gün olması turizm baxımından da məqsədəuyğundur".

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, hökumətin on günlük tətillə bağlı bir proqram üzərində çalışdığını da vurğulayıb.

Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırım avqsutun 11-də jurnalistlərin məsələ ilə bağlı sualına cavabında deyib: “Avqustun 15-də hökumətin iclasında bu barədə qərar qəbul ediləcək”.

Son xəbərlər

Orphus sistemi