Türkiyədə Qurban bayramı tətili 10 gün davam edəcək

Türkiyədə Qurban bayramı tətili 10 gün davam edəcək Ölkədə Qurban bayramı tətili avqustun 28-də başlayacaq
Region
16 Avqust , 2017 10:27
Türkiyədə Qurban bayramı tətili 10 gün davam edəcək

Bakı. 16 avqust. REPORT.AZ/ Türkiyədə Qurban bayramı tətili 10 gün olacaq.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən hökumətin toplantısından sonra baş nazirin müavini və Nazirlər Kabinetinin sözçüsü Bəkir Bozdağ bildirib.

O qeyd edib ki, Qurban bayramı tətili avqustun 28-də başlayacaq. 

B.Bozdağ deyib ki, tətil haqqında qərar verilərkən 30 avqust Zəfər bayramı və Qurban bayramında vətəndaşların ailələrini ziyarətləri, turizm sektorunda canlanmanı, ticarət sahəsinə müsbət təsiri nəzərə alınıb. 

Son xəbərlər

Orphus sistemi