​Türkiyədə "Quran" təlimi kursunun binasında yanğın olub, 6 şagird ölüb

​Türkiyədə "Quran" təlimi kursunun binasında yanğın olub, 6 şagird ölüb Yanğının elektirik xəttindən qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir
Region
1 Dekabr , 2015 12:44
​Türkiyədə Quran təlimi kursunun binasında yanğın olub, 6 şagird ölüb

Bakı. 1 dekabr. REPORT.AZ/ Türkiyənin Diyarbakir əyalətinin Kulp rayonunun Karaağac kəndində "Quran" təlimi kursunun keçirildiyi binada baş verən yanğın nəticəsində 6 şagird ölüb, 3-ü isə yaralı halda xilas edilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Yanğının elektirik xəttindən qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi