Türkiyədə qayığın aşması nəticəsində 6 nəfər ölüb

Türkiyədə qayığın aşması nəticəsində 6 nəfər ölüb Bakı. 29 iyul. REPORT.AZ/ Türkiyənin şimal-qərbində qayıq aşıb, hadisə nəticəsində altı nəfər həlak olub.
Region
29 İyul , 2018 11:50
Türkiyədə qayığın aşması nəticəsində 6 nəfər ölüb

Bakı. 29 iyul. REPORT.AZ/ Türkiyənin şimal-qərbində qayıq aşıb, hadisə nəticəsində altı nəfər həlak olub. 

"Report" xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat verib.

Bildirilir ki, hadisə Egey dənizində Çıplak adasının yaxınlığında baş verib. Qayığın göyərtəsində isə 16 nəfər olub. Daha bir nəfər itkin düşüb. 

Vurğulanıb ki, ölənlərdən üçü uşaqdır.

Son xəbərlər

Orphus sistemi