Türkiyədə qarlı hava şəraiti ilə əlaqədar 8 əyalətdə məktəblər bağlanıb

Türkiyədə qarlı hava şəraiti ilə əlaqədar 8 əyalətdə məktəblər bağlanıb Gevaş rayonuna 90 sm - 1 metr hündürlüyündə qar yağıb
Region
17 Fevral , 2017 11:33
Türkiyədə qarlı hava şəraiti ilə əlaqədar 8 əyalətdə məktəblər bağlanıb

Bakı. 17 fevral. REPORT.AZ/ Türkiyənin 8 əyalətində qarlı hava şəraiti ilə əlaqədar məktəblər bir günlüyə bağlanıb.

“Report” NTV telekanalına istinadən xəbər verir ki, buna səbəb kimi şagirdlərin məktəblərə daşınmasında yollarda problemlərin olduğu göstərilib.

İnformasiyaya əsasən, ölkənin Van əyalətində 3 gündür fasiləsiz qar yağır. Əyalətin Gevaş rayonunda fevralın 20-dək məktəblər tətil edib. Ora 90 sm - 1 metr hündürlüyədək qar yağıb. Əyalətin başqa rayonlarında isə məktəblər bir günlüyə bağlanıb.

Türkiyənin Trabzon, Artvin, Rize, Ordu, Giresun,Hakkari və Sivas əyalətlərində məktəblər bir günlüyüə tətil edib. 

Son xəbərlər

Orphus sistemi