​Türkiyədə qaçqınları daşıyan gəminin batması nəticəsində 6 nəfər ölüb

​Türkiyədə qaçqınları daşıyan gəminin batması nəticəsində 6 nəfər ölüb Batanların xilas edilməsi üçün axtarış-xilasetmə işləri davam etdirilir
Region
16 İyul , 2015 12:41
​Türkiyədə qaçqınları daşıyan gəminin batması nəticəsində 6 nəfər ölüb

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyənin Çanaqqala bölgəsinin Ayvacıq rayonunun sahil sularında Yunanıstanın Midilli adasına keçməyə cəhd edən Suriya əsilli qaçqınları aparan gəminin batması nəticəsində ilkin məlumata əsasən, 6 nəfər ölüb, 10 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərə görə, batanların xilas edilməsi üçün axtarış-xilasetmə işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi