Bakı. 10 may. REPORT.AZ/ Türkiyədə yük avtomobili ilə minik maşınının toqquşması nəticəsində Dənizli əyalətinin prokuroru Mustafa Alpər və sürücüsü ölüb, mühafizə polisinin əməkdaşlarından biri isə yaralanıb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə Bozburun yaşayış məntəqəsində baş verib.
Prokuror və mühafizə polisi əməkdaşları həbsxanaya gedirmiş.
İnformasiyaya görə, yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb.