Türkiyədə prokuror və sürücüsü yol qəzasında ölüb

Türkiyədə prokuror və sürücüsü yol qəzasında ölüb Yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb
Region
10 May , 2017 11:15
Türkiyədə prokuror və sürücüsü yol qəzasında ölüb

Bakı. 10 may. REPORT.AZ/ Türkiyədə yük avtomobili ilə minik maşınının toqquşması nəticəsində Dənizli əyalətinin prokuroru Mustafa Alpər və sürücüsü ölüb, mühafizə polisinin əməkdaşlarından biri isə yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə Bozburun yaşayış məntəqəsində baş verib. 

Prokuror və mühafizə polisi əməkdaşları həbsxanaya gedirmiş.  

İnformasiyaya görə, yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. 

Son xəbərlər

Orphus sistemi