Türkiyədə polisi daşıyan avtomobil qəzaya uğrayıb, 2 nəfər ölüb, 3-ü yaralanıb

Türkiyədə polisi daşıyan avtomobil qəzaya uğrayıb, 2 nəfər ölüb, 3-ü yaralanıb Həkimlər yaralı polislərin vəziyyətini ağır kimi qiymətləndiriblər
Region
27 Oktyabr , 2017 10:31
Türkiyədə polisi daşıyan avtomobil qəzaya uğrayıb, 2 nəfər ölüb, 3-ü yaralanıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Türkiyənin İzmir əyalətinin Bornova rayonunda içərsində polis əməkdaşları olan avtomobilin qəzaya uğraması nəticəsində 2 polis ölüb, 3-ü yaralanıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, sürücü idarəetməni itirərək avtomobili yolun kənarındakı beton dirəyə çırpıb.

Qəzanın yaranmasına səbəb kimi polisləri daşıyan avtomobilin başqa bir maşın tərəfindən sıxışdırılıması göstərilir.

Yaralı polis əməkdaşları xəstəxanaya yerləşdiriliblər. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndiriblər. 

Qəza ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi