Yuxarı
    Bağlamaq

    Türkiyədə polisə hücum planlaşdırmaqda şübhəli bilinən terrorçu-kamikadze saxlanıb

    Saxlanılan şəxs PKK terror təşkilatının gənclər qanadının üzvüdür

    Bakı. 7 may. REPORT.AZ/ Türkiyənin Konya vilayətinin polisi terror fəaliyyətində iştirak etməkdə şübhəli bilinən beş nəfəri saxlayıb.

    "Report" "Doğan" agentliyinə istinadən xəbər verir ki, onlar arasında "canlı bomba" olmağa hazırlaşdığı güman edilən qadın da var.

    Saxlanılan qadın Necla E. PKK terror təşkilatının gənclər qanadının üzvüdür. İstintaqın məlumatına görə, o, Suriyanın Ayn əl-Arab (Kobani) şəhərində xüsusi təlim keçib və iki gün əvvəl Konyaya gəlib.

    Saxlanılanlar polislərə hücum etməyi planlaşdırırmış.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi