Bakı. 15 avqust. REPORT.AZ/ Türkiyənin Diyarbəkir əyalətində terror aktı nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
"Report" "TGRTHaber"ə istinadən xəbər verir ki, onlardan 4-ü polis, 3-ü isə mülki vətəndaşdır. Ölən vətəndaşlardan biri uşaqdır.
Məlumata görə, hadisə nəticəsində 6-sı polis olmaqla 21 nəfər yaralanıb.
*** 15:46
Türkiyənin Diyarbəkir əyalətinin Çinar və Bismil rayonları arasındakı polis nəzarət-buraxılış məntəqəsində törədilən partlayış nəticəsində 2-si polis olmaqla 3 nəfər ölüb.
"Report" "Haberturk"ə istinadən xəbər verir ki, partlayış nəticəsində 5 metr dərinliyində, 10 metr genişliyində çuxur yaranıb.
Məlumata görə, hadisədə 8-i polis olmaqla 25 nəfər isə yaralanıb.
*** 14:52, 15:14
PKK terrorçuları Türkiyənin Diyarbəkir şəhəri, Çınar rayonunda polis nəzarət-buraxılış məntəqəsinin qarşısında partlayış törədiblər.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, hadisə Diyarbəkir-Mardin avtomobil yolunda minalanmış avtomobilin partladılması nəticəsində baş verib.
Məlumata görə, partlayış nəticəsində 11 polis əməkdaşı və çoxlu sayda mülki vətəndaş yaralanıb.
Xəbərdə bildirilib ki, partlayışdan sonra terrorçularla hərbçilər arasında silahlı atışma olub. Hadisə yerindən qaçan terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilir.
FOTO: "Habertürk"