Türkiyədə polis helikopteri qəzaya uğrayıb: bir ölü, bir yaralı

Türkiyədə polis helikopteri qəzaya uğrayıb: bir ölü, bir yaralı Hadisə ilə bağlı araşdırma aparılır
Region
20 Sentyabr , 2017 16:37
Türkiyədə polis helikopteri qəzaya uğrayıb: bir ölü, bir yaralı

Bakı. 20 sentyabr. REPORT.AZ/ Türkiyənin Niğde bölgəsində Ali Polis Məktəbində helikopterin qəzaya uğraması nəticəsində bir polis əməkdaşı ölüb, biri ağır yaralanıb.

“Report” xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

İnformasiyaya əsasən, məktəbdə təlim zamanı helikopterin pəri 2 polisə çırpılaraq onları ağır yaralayıb. Polislərdən biri hadisə yerində ölüb, o biri isə ağır vəziyyədə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi