Türkiyədə növbəti terror aktı: 10 yaralı

Türkiyədə növbəti terror aktı: 10 yaralı Partlayış nəticəsində 9 polis zabiti və 1 şəhər sakini yaralanıb
Region
21 Yanvar , 2016 21:52
Türkiyədə növbəti terror aktı: 10 yaralı

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyənin cənub-şərqindəki Mardin vilayətinin Nusaybin rayonunda polis əməkdaşlarını daşıyan avtobus minaya düşüb.

"Report" "NTV" telekanalına istinadən xəbər verir ki, partlayış nəticəsində 9 polis zabiti və 1 şəhər sakini yaralanıb.

Zirehli texnikanın köməyi ilə xəstəxanalara çatdırılan yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hazırda bu bölgədə terrorçulara qarşı əməliyyat davam edir. Rayona əlavə hərbi birləşmə göndərilib.

Son xəbərlər

Orphus sistemi