Türkiyədə polis idarəsinə hücum nəticəsində 5 nəfər ölüb, 51 nəfər yaralanıb - YENİLƏNİB 3 - VİDEO

Türkiyədə polis idarəsinə hücum nəticəsində 5 nəfər ölüb, 51 nəfər yaralanıb - YENİLƏNİB 3 - VİDEO Həlak olanlardan ikisi qadın polis əməkdaşıdır
Region
8 İyun , 2016 19:33
Türkiyədə polis idarəsinə hücum nəticəsində 5 nəfər ölüb, 51 nəfər yaralanıb - YENİLƏNİB 3 - VİDEO

Bakı. 8 iyun. REPORT.AZ/ Türkiyənin Mardin vilayətində törədilmiş terror aktı nəticəsində ölən və yaralananların sayı artıb.  

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Mardin valiliyi hadisədə 5 nəfərin həlak olduğunu, 51 nəfərin yaralandığını açıqlayıb. 

Ölənlərdən ikisi polis, üçü isə mülki vətəndaşdır. Hər iki polis əməkdaşı qadındır.

*** 16:26

Türkiyənin Mardin vilayətinin Midyat Rayon Polis İdarəsinə minalanmış avtomobillə hücum nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlardan ikisi polis, digər ikisi isə mülki vətəndaşdır. Hər iki polis əməkdaşı qadındır. 

Terror aktı nəticəsində həmçinin 37 nəfər yaralanıb.  

*** 13:31

Türkiyənin Mardin vilayətinin Midyat Rayon Polis İdarəsinə minalanmış avtomobillə hücum olub. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə yerində terrorçularla təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma da baş verib. 

Nəticədə 2 polis həlak olub, 20-dən çox adam yaralanıb

"Anadolu" agentliyi isə terror aktı nəticəsində biri polis olmaqla, 2 nəfərin öldüyünü, 23 nəfər yaralandığını xəbər verib.

*** 12:51

Türkiyədə polis bölməsinə hücum olub.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Mardinin Midyat qəsəbəsində baş verib. 

Bomba yüklü avtomobil polis bölməsinin binasına çırpılıb. İlkin məlumata görə, xeyli sayda yaralı var. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. 

Partlayış nəticəsində polis binasına ciddi ziyan dəyib. 

Son xəbərlər

Orphus sistemi