Yuxarı
    Bağlamaq

    Türkiyədə polis bir gündə 1,271 ton heroin aşkaralayıb

    Bakı. 6 dekabr. REPORT.AZ/ Türkiyənin Ərzincan əyalətində TIR-ın saxlanc yerindən polis əməkdaşları 1,271 ton heroin aşkarlayaq götürüblər.

    “Report” “yeniakit”ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu Antalyada “Narkotiklərə qarşı beynəlxalq konfrans”dakı çıxışında bildirib.

    Onun sözlərinə görə, Türkiyə polisi narkotik maddələrin qaçaqmalçılığına qarşı mübarizə ilə bağlı 2018-ci ilin 10 ayı ərzində 134 min 88 əməliyyat həyata keçirib: “Bu müddət ərzində 80 ton tiryək, 19,6 milyon həb kaptaqon, 8 milyon ədəd ekstazi müsadirə edilib, 15,9 ton heroin aşkar edilərək götürülüb”.

    O vurğulayıb ki, terrorçu PKK qruplaşması, onun YPG və PYD adlı qolları da narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olurlar: “Avropa və ABŞ-ın rəsmi qurumları onlara qarşı ciddi mübarizə aparmırlar. Əksinə, bu qruplaşmaya silah verilir, lojistik dəstək göstərilir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi