Yuxarı

Türkiyədə PKK-ya qarşı əməliyyat keçirilib, 1 türk əsgəri şəhid olub, 4 nəfər yaralanıb

Bölgədə terrorçulara qarşı geniş miqyaslı əməliyyat başlayıb

Bakı. 7 avqust. REPORT.AZ/ Türkiyənin Siirt bölgəsinin Eruh rayonunda PKK terrorçularına qarşı xüsusi əməliyyat keçirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı 1 türk əsgəri şəhid olub, 4 hərbçi yaralanıb.

Yaralılar Siirt Dövlət Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin normal olduğu bildirilir.

Bölgədə PKK-ya qarşı geniş miqyaslı əməliyyat başlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi