​Türkiyədə PKK-ya aid bomba emalatxanası aşkarlanıb

​Türkiyədə PKK-ya aid bomba emalatxanası aşkarlanıb Orada işləyən bir nəfər saxlanılıb
Region
18 Dekabr , 2014 13:57
​Türkiyədə PKK-ya aid bomba emalatxanası aşkarlanıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Türkiyədə jandarm qüvvələrinin Hazro rayonu Çibtlibahçe kəndində keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatına aid bomba emalatxanası aşkar edilib.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 16 ədəd döyüş tüfəngi, bir ədəd "AKM" markalı avtomat, çoxlu sayda patron, bomba hazırlanmasında istifadə edilən torna dəzgahları və 50 kq-dan artıq narkotik maddə ələ keçirilib.

Bomba emalatxanasında işləyən bir nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi