Türkiyədə PKK və İŞİD qruplaşmalarının 56 üzvü tutulub

Türkiyədə PKK və İŞİD qruplaşmalarının 56 üzvü tutulub Onların arasında Suriya vətəndaşları da var
Region
28 Dekabr , 2017 10:27
Türkiyədə PKK və İŞİD qruplaşmalarının 56 üzvü tutulub

Bakı. 28 dekabr. REPORT.AZ/ Türkiyənin Bursa əyalətində keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK və İŞİD qruplaşmalarının 56 üzvü tutulub.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, onların arasında Suriya vətəndaşları da var.

Əməliyyat əyalətin Osmanqazi, Yıldırım və İnegöl rayonlarında keçirilib.

Saxlanılan şəxslər Bursa Polis İdarəsinə aparılıblar və orada dindirilirlər. 

Son xəbərlər

Orphus sistemi