Türkiyədə PKK üzvləri polis əməkdaşlarına hücum edib

Türkiyədə PKK üzvləri polis əməkdaşlarına hücum edib Atışmanın hazırda da davam etdiyi bildirilir
Region
13 Dekabr , 2015 04:31
Türkiyədə PKK üzvləri polis əməkdaşlarına hücum edib

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gecə Türkiyənin cənub-şərqindəki Şirnak vilayətində polis əməkdaşları ilə PKK terrorçuları arasında növbəti silahlı qarşıdurma qeydə alınıb.

"Report"un "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, şəhərin iki məhəlləsində antiterror əməliyyatı keçirən qanun keşikçiləri müqavimətlə qarşılaşıb. Polisə dəstək məqsədi ilə hadisə yerinə zirehli texnika göndərilib. PKK üzvlərinin küçələrdə barikadlar qurduğu qeyd olunur.

Atışmanın hazırda da davam etdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi