Türkiyədə PKK terrorçularının polisə hücumu zamanı 4 nəfər yaralanıb

Türkiyədə PKK terrorçularının polisə hücumu zamanı 4 nəfər yaralanıb Terrorçuların zərərsizləşdirilməsi məqsədilə xüsusi əməliyyat başlayıb
Region
26 Avqust , 2016 03:51
Türkiyədə PKK terrorçularının polisə hücumu zamanı 4 nəfər yaralanıb

Bakı. 26 avqust. REPORT.AZ/ Türkiyədə PKK terrorçuları polisə hücum edib.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə Van vilayətində baş verib.

Məlumata görə hücum İpəkyolu rayonunda, yerli vaxtla saat 22:20-də qeydə alınıb. Hücum zamanı 2-i polis 4 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Terrorçuların zərərsizləşdirilməsi məqsədilə xüsusi əməliyyat başlayıb.

Son xəbərlər

Orphus sistemi