​Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 1 polis ölüb, 2-si yaralanıb

​Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 1 polis ölüb, 2-si yaralanıb Terrorçular hücum zamanı qumbaratan və avtomat silahlardan istifadə ediblər
Region
24 İyul , 2016 12:42
​Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 1 polis ölüb, 2-si yaralanıb

Bakı. 24 iyul. REPORT.AZ/ Türkiyənin Tunceli əyalətində PKK terror qruplaşmasının polis nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 1 asayiş keşikçisi həyatını itirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, terrorçular hücum zamanı qumbaratan və avtomat silahlardan istifadə ediblər.

Hücum zamanı daha 2 polis əməkdaşı yaralanıb.

Türkiyənin xüsusi xidmət orqanları terrorçuların yaxalanması və saxlanılması istiqamətində əməliyyata başlayıb.

Son xəbərlər

Orphus sistemi