Bakı. 24 iyul. REPORT.AZ/ PKK terror təşkilatının Türkiyənin Van bölgəsinə hücumu zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İpəkyolu rayonunda baş verib. Belə ki, terrorçuların təhlükəsizlik qüvvələrinə açdığı atəş nəticəsində hadisə yerindən keçən 3 vətəndaş yaralanıb.
Onlar xəstəxanaya aparılsalar da, xəsarət alanlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda bölgədə terrorçuların zərərsizləşdirilməsi məqsədilə xüsusi əməliyyat keçirilir.