Yuxarı

​Türkiyədə PKK terrorçularının hərbi avtomobilin keçdiyi yolda qoyduğu bomba partlayıb, 3 əsgər şəhid olub - YENİLƏNİB

Hadisə yerinə çoxlu sayda təcili yardım maşını göndərilib

Bakı. 27 iyul. REPORT.AZ/ PKK terrorçularının Türkiyədə Siirt-Eruh magistral yoluna yerləşdirdikləri partlayıcı maddənin işə düşməsi nəticəsində 3 türk əsgəri şəhid olub. "Report" "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə Siirt Valiliyi açıqlama yayıb. 

Məlumata görə, hadisə yerinə jandarm qüvvələri cəlb edilib. Hazırda terrorçuların zərərsizləşdirilməsi istiqamətində irimiqyaslı əməliyyat həyata keçirilir.


**22:24

Türkiyədə hərbçilərə məxsus avtomobilin keçdiyi ərazidə partlayış baş verib. 

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Siirt-Eruh yolunda baş verib.

PKK terrorçularının hərbçilərə məxsus avtomobilin keçdiyi yolda qoyduğu bomba partlayıb. Partlayış zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. 

Hadisə yerinə çoxlu sayda təcili yardım maşını göndərilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi