Türkiyədə PKK terrorçuları ilə atışmada şəhid olan hərbçilərin sayı 3-ə çatıb - YENİLƏNİB

Türkiyədə PKK terrorçuları ilə atışmada şəhid olan hərbçilərin sayı 3-ə çatıb - YENİLƏNİB Terrorçuların zərərsizləşdirilməsi üçün genişmiqyaslı əməliyyat başlayıb
Region
17 Sentyabr , 2016 15:15
Türkiyədə PKK terrorçuları ilə atışmada şəhid olan hərbçilərin sayı 3-ə çatıb - YENİLƏNİB

İlk xəbər saat 13:42-də verilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətində PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında silahlı insident baş verib. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, Hakkari-Çukurca avtomobil yolunun üzərində yerləşən Ağacdibi kəndinin yaxınlığında yaranmış qarşıdurmada 3 hərbçi şəhid olub, 4-ü isə yaralanıb. Yaralı hərbçilər Hakkari Dövlət Xəstəxanasına qaldırılıblar. 

Məlumata görə, 5 terrorçu ölü olaraq ələ keçirilib. Onlardan 3 nəfəri qadındır. 

Terrorçuların zərərsizləşdirilməsi üçün havadan da dəstək verilməklə genişmiqyaslı əməliyyat başlayıb. 

Son xəbərlər

Orphus sistemi