Türkiyədə PKK terrorçuları ilə qarşıdurmada 2 çavuş şəhid olub, 11-i yaralanıb

Türkiyədə PKK terrorçuları ilə qarşıdurmada 2 çavuş şəhid olub, 11-i yaralanıb Məlumatda 5 PKK terrorçusunun da ölü ələ keçirildiyi qeyd olunub
Region
11 May , 2017 18:33
Türkiyədə PKK terrorçuları ilə qarşıdurmada 2 çavuş şəhid olub, 11-i yaralanıb

Bakı. 11 may. REPORT.AZ/ Türkiyə hərbçiləri ilə PKK terrorçuları arasında baş vermiş silahlı qarşıdurma zamanı 2 çavuş şəhid olub, 11-i yaralanıb. 

"Report"un "Hürriyet"ə istinadən verdiyi məlumata görə, hadisə Ağrı əyalətinin Doğubəyazid ilə Vanın Çaldıran rayonları arasındaki Təndürək dağında keçirilən əməliyyat zamanı qeydə alınıb. 

Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu və Van Dövlət Xəstəxanasına aparıldığı bildirilib. Digər 9 yaralı isə Doğubəyazid Dövlət Xəstəxanasına çatdırılıb.

Məlumatda 5 PKK terrorçusunun ölü ələ keçirildiyi qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi