Yuxarı

Türkiyənin Hakkari bölgəsində PKK-nın hücumu nəticəsində 5 hərbçi ölüb - YENİLƏNİB

Daha 8 nəfər yaralanıb

Bakı. 29 iyul. REPORT.AZ/ Türkiyənin cənub-şərqində PKK terrorçularının hücumu nəticəsində 5 hərbçi həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadən "Reuters" məlumat yayıb.

Məlumata görə, hərbçilər İraq və İran ilə sərhəddə yerləşən Hakkaridə yoxlama aparan zaman onlara PKK terrorçuları hücum edib.

İlkin məlumatlara görə, insident nəticəsində daha 8 nəfər yaralanıb.

***20:58

Türkiyənin Hakkari vilayətində PKK terrorçuları iriçaplı silahlardan hərbçilərə atəş açıb. 

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə Çukurca-Hakkari avtomobil yolunda baş verib. Hadiəsə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Yaralı hərbçilər Hakkari və Çukurcadakı xəstəxanalara aparılıb. 

Məlumata görə, hadisə yerində toqquşma davam edir və əraziyə zirehli avtomobillərin göndərilib. Eyni zamanda, terrorçuların zərərsizləşdirilməsi üçün havadan dəstək verilməklə əməliyyatın başladığı qeyd olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi