Yuxarı

Türkiyə Hərbi Hava Qüvvələri PKK-nın 10 sığınacağını məhv edib

Hərbi Hava Qüvvələri xüsusi əməliyyat təşkil edib

Bakı. 30 avqust. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Hakkari vilayətinin Çukurca rayonunda PKK terror təşkilatının 10 sığınacağını məhv edib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi hərbi mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr kəşfiyyat məlumatlarına əsasən Hakkari vilayətinin Çukurca rayonunda xüsusi əməliyyat təşkil edib.

Əməliyyat zamanı PKK terror təşkilatının 10 sığınacağı məhv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi