Yuxarı
    Bağlamaq

    ​Türkiyədə PKK əleyhinə əməliyyat zamanı 13 nəfər saxlanılıb

    Əvvəlcədən müəyyənləşdirilmiş ünvanlara gedən əməliyyatçılar şübhəli şəxslərin mənzillərində axtarışlar aparıblar

    Bakı. 10 avqust. REPORT.AZ/ Türkiyənin Adana şəhərində PKK terror təşkilatına qarşı xüsusi əməliyyat keçirib.

    "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Adana Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsi tərəfindən keçirilən əməliyyat zamanı terror təşkilatı ilə bağlılıqda şübhəli bilinən 13 nəfər saxlanılıb.

    Zirehli avtomobillərlə əvvəlcədən müəyyənləşdirilmiş ünvanlara gedən əməliyyatçılar şübhəli şəxslərin mənzillərində axtarışlar aparıblar.

    Saxlanılanlar Terrorla Mücadilə Şöbəsinə gətirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi