Yuxarı
    Bağlamaq

    Türkiyədə PKK əleyhinə mitinqlər keçirilib

    Son 48 gün ərzində PKK tərəfindən 57 nəfər hərbçi, 15 mülki şəxs qətlə yetirilib, 204 nəfər yaralanıb

    Bakı. 24 avqust. REPORT.AZ/ İstanbul, Samsun, Kırıkkale, Bursa və Mersin də daxil olmaqla Türkiyənin bir sıra böyük şəhərlərində terrorçu Kürd Fəhlə Partiyasının (PKK) fəaliyyətinə qarşı etiraz mitinqləri keçirilib.

    "Report" Anadolu Agentliyinə istinadən xəbər verir ki, dinc şəkildə keçirilmiş mitinqlərdə PKK-dan qanlı terrorlara son qoymaq tələb olunub. Nümayişlərdə “Vətənə sevgi”, “Şəhidlərə ehtiram” şüarları səsləndirilib, Türkiyənin İstiqlal marşı oxunub.

    Rəsmi məlumatlara görə, son 48 gün ərzində PKK tərəfindən 57 nəfər hərbçi, 15 mülki şəxs qətlə yetirilib, 204 nəfər yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi