Türkiyədə "Charlie Hebdo" jurnalına qarşı aksiya keçirilib

Türkiyədə "Charlie Hebdo" jurnalına qarşı aksiya keçirilib Aksiya iştirakçıları “Charli Hebdo” jurnalında Məhəmməd Peyğəmbərin karikaturasının dərc edilməsinə etirazlarını bildiriblər
Region
25 Yanvar , 2015 11:14
Türkiyədə Charlie Hebdo jurnalına qarşı aksiya keçirilib

BAKI. 25 yanvar. REPORT.AZ/ Türkiyənin Diyarbakır şəhərində minlərlə insan Məhəmməd peyğəmbərin karikaturasının çəkilməsinə etiraz mitinqi keçirib.

"Report" NTV telekanalına istinadla xəbər verir ki, aksiya iştirakçıları Fransada nəşr olunan “Charli Hebdo” jurnalında Məhəmməd peyğəmbərin karikaturasının dərc edilməsinə etirazlarını bildiriblər.

Onlar Fransadan tələb ediblər ki, dünya müsəlmanlarından üzr istəsin və bir də bu cür təxribat xarakterli karikaturaların dərc olunmasına icazə verməsin.

Aksiyada ciddi insident baş verməyib.

Xatırladaq ki, yanvarın 7-də Parisdə "Charlie Hebdo" həftəlik satirik jurnalının redaksiyasına hücum nəticəsində 12 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdı. Hadisə ilə bağlı ölkədə ölənlərin xatirəsinə üçgünlük matəm elan edilmişdi. Hadisədən bir neçə gün sonra keçirilən əməliyyat zamanı isə terror aktını törətməkdə şübhəli bilinən Şərif və Səid Kuaşi qardaşları Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülmüşdü.

Son xəbərlər

Orphus sistemi