​Türkiyədə partlayış zamanı 3 polis ölüb, 24 nəfər yaralanıb - YENİLƏNİB

​Türkiyədə partlayış zamanı 3 polis ölüb, 24 nəfər yaralanıb - YENİLƏNİB Naməlum şəxslər polis postunu avtomat silahlardan atəşə tutublar
Region
25 Mart , 2016 10:52
​Türkiyədə partlayış zamanı 3 polis ölüb, 24 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 25 mart. REPORT.AZ/ Diyarbəkirin Sur mahalındakı jandarma postunda PKK terror təşkilatının minalanmış avtomobilinin partlaması nəticəsində ölü və yaralı sayı artıb. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, son məlumata əsasən partlayış nəticəsində 3 polis şəhid olub, 24 nəfər yaralanıb.

*** 07:36

Bakı. 25 mart. REPORT.AZ/ Cümə axşamı Türkiyənin cənub-şərqində, Diyarbəkir və Bingöl şəhərləri arasındakı trassda yerləşən jandarmeriya postu qarşısında minalanmış avtomobilin partlaması nəticəsində iki polis əməkdaşı ölüb, 15 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Axşam saatlarında baş verən partlayışdan sonra naməlum şəxslər avtomat silahlardan jandarmeriya postunu atəşə tutublar. Qanun keşikçiləri tərəfindən cavab atəşi açılıb. Hücum edən şəxslərin axtarışı və zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır. Hücumun təşkilində qadağan olunmuş Kürd Fəhlə Partiyasının üzvləri şübhəli bilinir.

Son xəbərlər

Orphus sistemi