Türkiyədə partlayış olub, icra başçısı və daha iki nəfər yaralanıb

Türkiyədə partlayış olub, icra başçısı və daha iki nəfər yaralanıb Hadisə terrorçu PKK qruplaşmasının icra hakimiyyəti binasını raketlə atəşə tutması nəticəsində baş verib
Region
10 Noyabr , 2016 15:09
Türkiyədə partlayış olub, icra başçısı və daha iki nəfər yaralanıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Türkiyənin cənub-şərqində yerləşən Mardin əyalətinin Derik rayonunun icra hakimiyyəti binasında törədilən partlayış nəticəsində icra başçısı da daxil olmaqla 3 nəfər yaralanıb.

“Report” "Haber-7"yə istinadən xəbər verir ki, hadisə terrorçu PKK qruplaşmasının icra hakimiyyəti binasını raketlə atəşə tutması nəticəsində baş verib.

İcra başçısı Məhəmməd Fatih Safitürk Diyarbəkirdəki Dicle Universitetinin xəstəxanasına yerləşdirilib.

İnformasiyaya əsasən, əvvəlki icra başçısı terrorçuluğu dəstəklədiyi üçün işdən azad ediləndən sonra onun yerinə Məhəmməd Fatih Safitürk təyin olnub.

Son xəbərlər

Orphus sistemi