Yuxarı

​Türkiyədə partlayış: bir əsgər şəhid olub, 8-i yaralanıb

Hadisə əsgərlərin terrorçuların məhəllədə qazdıqları çuxurları doldurarkən baş verib

Bakı. 19 may. REPORT.AZ/ Türkiyənin Nusaybin bölgəsinin Yenişehir məhəlləsində terrorçu PKK qruplaşmasının qazdığı çuxurlardakı əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 9 əsgər yaralanıb. "Report"un Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, yaralılardan 3-nün vəziyyəti ağırdır. 

Yaralı əsgərlər xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan yaralılardan biri hospitalda həyatını itirib.

Məlumata görə, hadisə əsgərlərin terrorçuların məhəllədə qazdıqları çuxurları doldurarkən baş verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi