​Türkiyədə törədilən terror aktı nəticəsində 20 əsgər yaralanıb

​Türkiyədə törədilən terror aktı nəticəsində 20 əsgər yaralanıb Ölkənin Siirt əyalətində keçirilən antiterror əməliyyatı nəticəsində isə bir terrorçu məhv edilib, biri isə tutulub
Region
28 Sentyabr , 2015 13:00
​Türkiyədə törədilən terror aktı nəticəsində 20 əsgər yaralanıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Türkiyənin Bitlis əyalətinin Tatvan rayonunda terrorçuların hərbi hissənin yaxınlığında yerləşdirdikləri uzaqdan idarə edilən bombanın partladılması nəticəsində 20 əsgər yaralanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, əsgərlər xəstəxanaya yerləşdirilib və onların həyatı üçün təhlükə yoxdur.

Məlumata görə, təhlükəsizlik qüvvələri terrorçu PKK silahlılarının tutulması və zərərsizləşdirilməsi istiqamətində əməliyyat başlayıb.

Siirt əyalətinin Kurtaran rayonunda bu terrorçu qruplaşmaya qarşı keçirilən antiterror əməliyyatı nəticəsində isə bir terrorçu məhv edilib, biri isə tutulub.

Son xəbərlər

Orphus sistemi